Təhsil naziri: "2500 müəllim vaksindən imtina edib"

Bakı şəhəri üzrə 38 min 185 müəllimdən 24 min 502 nəfəri vaksin olunub. SƏS qəzeti xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib.

O bildirib ki, ümumilikdə 4 min 620 müəllim virusa yoluxub. 3400 nəfər müxtəlif səbəblərdən vaksin olunmayıb. 2500 müəllim isə vaksindən imtina edib.