Xəbərlər

  • 3 313

Musa Verdiyev Avropa çempionatının gümüş mükafatçısı olub

image

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.SİA xəbər verir ki, turnirdə 48 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Musa Verdiyev mübarizəyə 1/4 finaldan qoşulub. Güləşçimiz startda Moldova təmsilçisinə heç bir şans tanımayıb. M.Verdiyev yarımfinalda ukraynalı rəqibini tam üstünlüklə məğlub edərək finala vəsiqə qazanıb. İyunun 15-də baş tutan həlledici görüşdə rusiyalı güləşçi ilə bacarmayan M.Verdiyev gümüş medalı boynundan asıb.

sia.az

Digər xəbərlər