PDF Oxu

Xəbərlər

  • 4 110

Belçikadan ardıcıl 3-cü qələbə, Rusiya AVRO-2020 ilə vidalaşdı

Belçikadan ardıcıl 3-cü qələbə, Rusiya AVRO-2020 ilə vidalaşdı

Avro-2020-nin qrup mərhələsi davam edir.

SİA xəbər verir ki, 11-ci oyun günündə B qrupunda Rusiya Danimarka ilə, Finlandiya Belçika ilə qarşılaşıb. Bu qrupda ötən tur Belçika 1/8 finala vəsiqə qazanmışdısa, digər 3 komanda bu yer uğrunda mübarizəni davam etdirirdi. Danimarka Rusiyaya 4:1, Belçika isə Finlandiyaya 2:0 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra sözügedən hər 3 komandanın 3 xalı olub.Top fərqindəki üstünlüyə görə Danimarka qrupdan çıxıb. Rusiya turnirlə vidalaşmalı olub. Finlandiyanın isə ən yaxşı 3-cü yerin sahibi kimi 1/8 finala çıxmaq şansı qalır.

AVRO-2020, 3-cü tur

21 iyun

B qrupu

23:00. Rusiya - Danimarka - 1:4

Qollar: Damsqaard, 38 (0:1), Poulsen, 59 (0:2), Dzyuba, 69-pen. (1:2), Kristensen, 79 (1:3), Mahle, 82 (1:4)

Baş hakim: Klemen Turpin (Fransa)

Kopenhagen. “Parken” stadionu

23:00. Finlandiya - Belçika - 0:2

Qol: Hradeki, 74-avtoqol (0:1), Lukaku, 81 (0:2)

Baş hakim: Feliks Brix (Almaniya)

“Sankt-Peterburq” stadionu

1 Belçika 3 3 0 0 7 1 9

2 Danimarka 3 1 0 2 5 4 3

3 Finlandiya 3 1 0 2 1 3 3

4 Rusiya 3 1 0 2 2 7 3

Digər xəbərlər