Ermənistanın Azərbaycana qarşı işğal və terror siyasəti bütün sahələrdə olduğu kimi, ekoloji sahədə də davam edir. Son 30 ildə Azərbaycanın işğal edilmiş ərazilərində meşələrin kütləvi qırılması, çayların, göllərin məhv edilməsi, kiçik çayların və su anbarlarının suyunun ötürülməsinin qarşısının alınması, torpağın zərərli tullantılarla zəhərlənməsi, mədəni sənayesinin amansız istimarı nəticəsində torğaın zəhərlənməsi və s. ekoloji terror hərəkətləri həyata keçirilib.
Həm də, Ermənistan bu terror aktlarını təkbaşına həyata keçirməyib. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakı dair çoxsaylı faktlar mövcuddur.
Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans və ictimai narazılıq doğurub.
Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb, bu prosesdə Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti yaxından iştirak edib. Yəni, açıq desək, Almaniya şirkəti terrorçuların hakim olduğu işğal olunmuş ərazidə çox ciddi ekoloji böhran törədib. Şirkəti himayə edən Almaniya hökuməti isə, bütün beynəlxalq hüquqa, demokratik psinsiplərə tüpürüb.

Azərbaycan mediasının Almaniya səfirliyinə müraciətinə səfirin cavabı məsələni ört-basdır etmək və diqqəti şirkətin üzərindən yayındırmaq məqsədi daşıyırdı. Bu ölkənin Yaşıllar partiyası isə ümumiyyətlə müraciətə saymazyana cavab verərək Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığını bildirib.
Düz deyirlər, başları başqa ölkələrin işğal edilmiş ərazilərində ekoloji sərvətlərin, faydalı qazıntıların cinayətkarcasına istismarına qarışdığından vaxtları qalmır.
Halbuki, başqa vaxt bu ölkənin təşkilatları, mediası demokratiyadan, ədalətdən, ekoloji sağlamlıqdan danışır. Lakin özlərinin maddi maraqları təmin olunduqda bütün bu dəyərlər atılır arxa plana. Belə məlum olur ki, dava yorğan davasıdır.

Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib. Qarayaxma kampaniyalarının təşkilində aşağıdakı motivlər diqqəti cəlb edir:
-Soros şəbəkəsinin Azərbaycanda özəl maraqlarının təmin olunması,
-Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsindən narahatlıq,
-Azərbaycanın öz tərəfdaşları ilə uğurlu enerji layihələrini reallaşdırması,
-Ermənistanda Sorosun layihəsi olan N.Paşinyanın hakimiyyətə gəlməsi
- Eurovision–2012, l Avropa oyunları və digər mühüm tədbirlər zamanı Almaniya mediasının Azərbaycana qarşı aqressiv mövqeyi.
Almaniyadan təşkil olunan kampaniyaların davamlı xarakter daşıması bu prosesdə Almaniya hökumətinin bilavasitə iştirak etdiyini göstərir.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən sonra Almaniya hökuməti problemdən diqqəti yayındırmaq üçün mediada Azərbaycana qarşı kampaniya təşkil edir. Bu, həm də seçkilər ərəfəsində Almaniya hökumətinin ciddi ittihamlardan yaxa qurtarmaq cəhdidir.
Lakin necə deyərlər, cidanı cuvalda gizlətmək olmur. Dünyaya demokratiya, ədalət dərsi keçnməyə cəhd edən ölkə özü buna bir nümunə göstərməlidir. Lakin biz belə bir numunəni hələ görməmişik. Əvəzində nə görürük? Harda bunların iqtisadi, biznes maraqları var, orada dəyərləə tüpürülür.
Məsələ təkcə iqtisadi maraqlarla da bağlı deyil. Bunlar konkret olaraq, dünyaya qarşı ekoloji terrorda, Azərbaycana qarşı iqtisadi cinayətdə, siyasi dələduzluqda iştirak faktlarıdır. Bu cinayətləri ört-basdır eləmək üçün, “qara məni basınca…”prinsipi işə salınır.
Avropadakı, xüsusən Almaniyadakı “siyasi mühacirlər”, açıq desək, azərbaycanlılardan seçilmiş anti-Azərbaycan Qərb agenturası işə salınır. Qarayaxma, böhtan, siyasi təzyiqdən tutmuş, dövlət rəhbərlərinin fərqi təhqirinə qədər istifadə edilir. Buna onların qanunları icazə verir, amma özlərinin faktiki cinayətlərinə qarşı danışmağa icazə vermir.
Bunların öz maraqları tələb edəndə düşmənlərinin müttəfiqi ilə də dərin əlaqələrdə olurlar. Məsələn, özlərinin ən böyük düşməni Rusiyanı hesab edirlər, lakin Rusiya ilə hərbi, iqtisadi ittifaqlarda müttəfiq olan Ermənistanın tərəfini vermirlər. Halbuki, Azərbaycan bu təşkilatlarda bulunmur, daha çox Qərb yönümlü inteqrasiya siyasəti aparır. Bu da bizim “sağol”umuzdur yəqin.
30 ildir bunların maraqlarına zidd gedən, düşmənlərinin dostu olan Erməınistanın cinayətlərini “görmürlər”, lakin Azərbaycana qarşı ləkələmə kampaniyası təşkil etmək üçün dəridən qabıqdan çıxırlar. Almaniya Avropanın aparıcı qüvvəsi olaraq belə ədalətsizliklərdə və cinayətlərdə birbaşa iştirak edirsə, biz bunlardan nə gözləyə bilərik?
Ermənistanın məğlubiyyətini və Azərbaycanın qələbəsini həzm edə bilmədilər. Ədalətin bərqərar olmasından yaman narahat oldular. Yalnız ona görə ki, Azərbaycanın başında bunların əlaltıları dayanmır, lakin Ermənistanın başına bunların əlaltıları gətirilib.
Belə “dəyərlər”lə başqalarına dərs verə bilməzsən, sənin özünün dərsə ehtityacın var. Bizim nə siyasi, nə iqtisadi, nə hərbi cəhətdən kiməsə ehtiyacımız, asılacağımız, təmənnamız yoxdur. Sizə istismar etməyiniz üçün kölə lazımdırsa, buyurun başına öz agentinizi qoyduğunuz Paşinyanın vasitəsilə Ermənistanın başına nə oyun istəyirsiniz açın. Bizim ərazilərimizi, ekoloji sərvətlərimizi vəhşicəsinə istismar edib milyarlar qazandığınız cinayətlərinizə görə isə cavab verəcəksiniz.
Elçin Bayramlı