Xəbərlər

  • 2 577

148 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

image

Azərbaycanda koronavirus infeksiyasına daha 148 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Səs qəzetinə verilən məlumata görə, son sutkada 2 nəfər koronavirusdan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 338 586 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 350 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib, aktiv xəstə sayı 2 242 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 022, ötən müddət ərzində isə ümumilikdə 3 920 841 test aparılıb.

Digər xəbərlər