Xəbərlər

  • 2 292

“Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq mövcuddur” - DEPUTAT ŞƏRH ETDİ

image

“Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq mövcuddur”. Bunu SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, Rusiya və Azərbaycan arasında bir çox sənədlər imzalanıb: "Bu imzaların atılması bir çox sahələr üzrə ikitərəfli münasibətlərin inkişaf etməsi istiqamətində vacibdir. Əlbəttə ki, Azərbaycan Rusiya ilə mehriban qonşuluq və dostluq şəraitində yaşayan ölkələrdir. Cənab İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya səfəri bir çox vacib məqamlarla yadda qaldı. Birincisi iki ölkənin dövlət başçılarının bir-biri ilə səmimi və xoş münasibəti Azərbaycan və Rusiya əlaqələrin inkişaf etdirilməsi istiqamətində ən vacib məqamlardan biridir. Dünənki görüşdə də bir daha şahidi olduq. Eyni zamanda Rusiya ilə Azərbaycan arasında münasibətlər də regional təhlükəsizlik və əməkdaşlıq səviyyəsi, digər mövqələrlə üst-üstə düşür. Əlbəttə ki Rusiya ilə Azərbaycan arasında ən vacib məqam koronavirus pandemiyası dövründə iki ölkə arasındakı münasibətləri, xüsusən iqtisadi, siyasi, humanitar əlaqələrin hansı vəziyyətdə olması və bu əlaqələrin gücləndirilməsi iki ölkə rəhbərinin siyasi iradəsindən irəli gəlir. Bu inkişaf bir çox sahələrdə öz əksini tapıb. Digər tərəfdən Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın bütün müddəlarının icrasında bir daha əmin olduq ki, burada Rusiya da maraqlıdır.

Bəyanatın bütövlüklə tezliklə icrasına Rusiya da çox böyük maraq göstərir. Bölgədə sülhün, əminamanlığın və əməkdaşlığın qorunmasında olduqca vacib addımlar atıldı. Xüsusən Zəngəzur dəhlizinin açılması Rusiyada digər region ölkələri kimi çox maraqlıdır. Zəngəzur dəhlizinin açılması region ölkələrinin inkişafına və tərrəqisinə xidmət edəcək. Eyni zamanda böyük coğrafi məkanın bir-biri ilə əlaqəsinə dəstək olacaq.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan birləşdiriləcək. Bugün Ermənistanda elə qüvvələr var ki, 10 noyabr bəyanatının maddələrinin geçikdirilməsində maraqlıdır. Bunun üçün süni əngəllər törədillər. Xüsusən Zəngəzur dəhlizinin açılmasında Ermənistan manelər törətməkdə davam edir. Müəyyən dairələr Ermənistana bu maneələri törətməyə dəstək də verir və həmçinin prosesləri ləngitməyə çalışır. Bu bəyanatın təmin olunmasında heç bir maneə törədə bilməyəcəklər və təminatını gecikdirə bilməyəcəklər. 10 noyabr bəyanatı bir mənalı olaraq icra olunacaq".

Müəllif: Qönçə Quliyeva

Digər xəbərlər