“Real”ın hücumçusu Kərim Benzeam koroinavirusa yoluxub. SİA xarici mətbuta istinadən xəbər verir ki, bu barədə məlumatı “Real”ın mətbuat xidməti yayıb.

Narahatlıq hiss edən Kərim test verib və nəticə pozitiv çıxıb.

Benzema komandadan təcrid olunub. “Real” yeni mövsüm ərəfəsində iki yoxlama görüşü keçirməyi planlaşdırır.

“Kral klubu” iyulun 25-də “Qlazqo Reyncers”lə, avqustun 8-də isə “Milan”la qarşılaşacaq.