PDF Oxu

Xəbərlər

  • 2 825

Şəkərli alkoqolsuz içkilər daha çox bu ölkələrdə içilir

Şəkərli alkoqolsuz içkilər daha çox bu ölkələrdə içilir

Avropada şəkərli alkoqolsuz içkilərin istehlak nisbətləri yüksəkdir. SİA xarici mətbuata istinadən xəbər verir ki, 14-15-24 yaşları arasındakı insanlar daha çox şəkərli içki qəbul edir. Ən çox şəkərli içki istehlak edən ölkələrin ilk onluğu sıra ilə Belçika, Malta, Almaniya, Macarıstan, Polşa, Bolqarıstan, Çexiya, Xorvatiya, Kipr və Fransadır. Şəkərli alkoqolsuz içkilərin istehlak dərəcəsi müəyyənləşdirilib. Beləliklə, 2019-cu ildə Aİ-da on beş yaşdan yuxarı insanların 9%-nin gündəlik şəkərli sərinləşdirici içkilər istehlak etdiyi müşahidə edilib. Ən yüksək payın 14-15-24 yaş arasında olduğu qeyd edilib. Ən aşağı pay isə 65-74 yaş arasındadır.

Cinsinə görə ayrıldıqda, gündəlik şəkərli alkoqollu içkilərdən istifadə kişilərdə daha çox görülür. Beləliklə, kişilərin 12%-i, qadınların isə 7%-nin bu içkiləri gündəlik istifadə etdiyi müşahidə edilib. Hər gün ölkə səviyyəsində şəkərli alkoqolsuz içki içənlərin sayına baxanda ən yüksək nisbət Belçikada, ən aşağı nisbət isə Estoniyada üzə çıxıb.

Turqay Musayev

Digər xəbərlər