Kriptovalyutanın hekayəsi dünyanı bürümüş 2007-2008 qlobal böhranından sonra başlamış kimi görünsə də, əsl başlanğıcı 1990-cı illərin əvvəllərinə təsadüf edir ki, bu da dünyanın rəqəmsal çevrilişində mühüm dönüş nöqtəsi idi.

Kriptovalyuta, intellektual inkişafın xaricində texnoloji inkişafa dəstəyi ilə, resursların insandan-insana ötürülməsini təmin etmək üçün hazırlanmış vasitədir. Ənənəvi internet şəbəkəsinin istifadəsindəki yaddaş, paylaşma və təhlükəsizlik problemləri əslində bu prosesi texnoloji cəhətdən inkişafa məcbur etdi. Bu sistemdə hər bir istifadəçi həm informasiya təchizatçısı, həm də istehlakçı olur. Əslində bu texnologiya həyatımıza girəndə ilk olaraq musiqi sənayesinə təsir etdi. Pirat albom paylaşımlarında partlayışlar oldu.

Bu dövrdə böyük texnoloji inkişaflar ortaya çıxmağa başlamışdı. İnformasiya təhlükəsizliyi ilə bağlı üstün bacarıqlar və avadanlıq təmin edildi, şifrələmə texnologiyasının inkişafı ilə yeni bir dünyaya qapılar tamamilə açıldı. Bir sözlə, bir çox texnoloji inkişaf rəsmi olaraq bir-birinə qovuşdu.

Kriptovalyuta, 2008-ci ildə Satoşi Nakamoto və qrup şəxs tərəfindən qlobal iqtisadi problemin həlli olaraq təqdim edildi və konseptualizasiyanın ilk addımını rəsmi olaraq atdı. Nakamotonun təqdim etdiyi ilk kriptovalyuta olan "Bitkoin", qısa müddətdə populyarlığını universal səviyyəyə çatdırdı və hazırda ən qiymətli iqtisadi varlıqlar sırasındadır.

Bəs, son on ilin axrıncı rübündə kriptovalyutaların istifadəsi niyə bu qədər sürətlə yayıldı? Əslində bu prosesdə bir çox vacib rol oynayan mövhum var. Dövlətlərin strateji gedişləri və iqtisadi sıxıntılar olsa da, fikrimcə ən böyük amil insanlıq tarixinin ən dəhşətli yoluxucu xəstəliklərindən biri olan Covid-19 idi. Covid-19-un pandemiya səviyyəsinə gəlməsi ilə insanlar pula olan vərdişlərini dəyişdilər. Beləliklə onlar bu günün kifayət qədər təsirli olan valyutasını möhkəmlətdilər.

"Bitkoin" ilə yandırılan məşəl insanları dəyişiklik axınına sürüklədi və bu da texnologiyadan istifadə edərək minlərlə alternativ kriptovalyuta yaranmasına gətirib çıxardı. İlk kriptovalyuta olan "Bitkoin" qədər aktiv olmasa da, perspektivli layihələr insanlar tərəfindən artıq qəbul edilir və istifadəyə yararlı hesab olunur.

“Blockchain” texnologiyası sonsuz bir dəryadır, lakin fırtınasız deyil. Bu okeanda təhlükəsiz səyahət üçün ilkin şərtlərdən biri məlumatdır. Bu səbəbdən yeni iqtisadi dövrdə açılan qapıdan girmədən əvvəl mövzu ilə bağlı məlumat əldə etmək prioritet olmalıdır.

Dünyada bir çox ölkə artıq vətəndaşlarının kriptovalyutaların aktiv istifadəçisinə çevrilməsi və təcrübə qazanması üçün addımlar atmağa başlayıb. Bəzi dövlətlər bununla bağlı artıq qanuni addımlar da atıblar. Ölkəmizdə isə bu texnologiyaya bir az daha ehtiyyatlı yanaşma var.

Əlbətdə ki, özəl sektoru unutmamalıyıq. Dünyanın və ölkəmizin aparıcı şirkətləri gündən-günə blokçeyn texnologiyasında struktur inteqrasiyasını təmin etmək üçün ciddi addımlar atırlar. Əslində, bir çox şirkət artıq məhsullarını kriptovalyuta yolu ilə satmağa başlayıb. Dünyada yalnız kriptovalyuta ticarəti üçün açıq olan yüzlərlə platforma var. Qonşu ölkələrdə də fəaliyyət göstərən yerli kriptovalyuta ticarət platformaları var. Onlar, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən rəqiblərinə nisbətən texnologiya baxımından güclüdürlər. “Blockchain” və kriptovalyuta ekosistemində fəaliyyət göstərən bu şirkətləri qorumaq və gücləndirmək bəlkə də həmin dövlətlər üçün ən yaxşı addım olardı. Bu sayədə dünyada özlərinə ad çıxaran yeni əlavə dəyər markalarına sahib ola bilərik.

Bəs müəssisənin istehlakçı miqdarı nədir? Bu texnologiyanın ictimaiyyət arasında istifadəsinin, təmassız ödəmə sistemlərinin inkişafına nail olacağını söyləmək səhv olmaz. Bəs bu proses nə vaxt baş tutacaq?

Bu prosesin əslində çox uzun olmadığını və bir müddətdən sonra da ölkəmizdə də kripto valyuta ilə alış-veriş etməyin mümkün olacağını birlikdə görəcəyik.