Məşhur hakim "Neftçi"nin oyununa təyinat alıb

Çempionlar Liqasında mübarizəsini dayandıran və yolunu UEFA Avropa Liqasında davam etdirəcək "Neftçi”nin Finlandiyanın HJK klubu ilə keçirəcəyi oyununun hakimləri bəlli olub. SİA-nın verdiyi məlumata görə, avqustun 3-də saat 21.00-da başlayacaq qarşılaşmanı Şotlandiyadan olan referi idarə edəcək.

Neftçi – HİK (Finlandiya)
3 avqust. Bakcell Arena. Saat 21:00
Baş hakim: UİLYAM KOLLAM
Baş hakimin köməkçiləri: Devid Makqiçi, Şon Karr
Dördüncü hakim: Yuen Anderson
(Hakimlər briqadası Şotlandiyadandır).

Avqustun 12-də Finlandiyada təşkil olunacaq qarşılaşmada isə ədaləti Almaniya təmsilçiləri qoruyacaq. Dəniz Aytekin baş hakim, Kristian Dits və Markus Sinn köməkçiləri olacaq. Dördüncü hakim isə Martin Petersendir.

Ziya Hikmətoğlu