PDF Oxu

Xəbərlər

  • 2 264

Suraxanı rayonunda baş vermiş yanğınla bağlı - RƏSMİ AÇIQLAMA

image

Ötən gün sosial şəbəkədə Suraxanı rayonunda, Zığ sossesi yaxınlığında məişət tullantılarının yanması ilə bağlı məlumat yayılmışdı. SİA olaraq Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən aldığımız məlumatda bildirilir ki, yanğın hadisəsi Suraxanı rayonunda, “Azərsu” ASC-nə məxsus Aerasiya stansiyasının boş ərazisində baş vermiş və bu zaman məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanmışdır. Yanğın qısa müddət ərzində Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən söndürülmüş, məsələnin araşdırılması Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərfindən həyata keçiriləcəkdir.

Digər xəbərlər