PDF Oxu

Xəbərlər

  • 2 457

Çətənə kolları məhv edilib

image

Gədəbəydə yabanı halda bitən çətənə kolları məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Dəyə-Qarabulaq kəndinin yaylaq ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Ümumi çəkisi 932 kiloqram olan 1 432 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Digər xəbərlər