"Neftçi" - HİK oyununun biletləri satışa çıxarılacaq - BU TARİXDƏ

UEFA Avropa Liqasının III təsnifat mərhələsi “Neftçi” və Finlandiyanın HİK komandaları arasında keçiriləcək ilk oyunun biletləri avqustun 2-də saat 12:00-da satışa çıxarılacaq. SİA klubun rəsmi saytına istinadən məlumatına görə, qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar. Kassalar saat 21:00-dək işləyəcək.

Qeyd edək ki, avqustun 3-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – HİK oyunu saat 21:00-da başlanacaq.