ABŞ-ın Atlanta şəhərindəki zooparkda bəzi qorillalara Covid-19-a həssas heyvan növləri üçün xüsusi hazırlanmış Covid-19 peyvəndi tətbiq ediləcəyini açıqlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səlahiyyətlilər “Zoetis” şirkəti tərəfindən heyvanlar üçün hazırlanan peyvəndin əvvəllər ölkədə Covid-19-a həssas olan heyvan növlərinə tətbiq edildiyini və peyvəndi xəstə qorillalardan başqa oranqutanlara, pələnglərə, Afrika şirlərinə və bəbirlərə tətbiq edəcəklərini bildiriblər. Atlanta zooparkındakı qorillalar öskürək, burun axması və iştahsızlıq müşahidə etdikdən sonra baxıcıları tərəfindən müayinədən keçirilib. Qorillaların testlərinin ilk nəticələrinin müsbət çıxmasından sonra müalicəyə başlayan baytar həkimlər 20 qorillanı yaxından müayinə ediblər.