Xəbərlər

  • 1 336

Masallı rayonunun Yeddioymaq kəndində müasir tibb ocağı

image

Sentyabrın 21-də Masallı rayonunun Yeddioymaq kəndində həkim məntəqəsi üçün inşa edilmiş yeni binanın açılışı olub.

Tədbirdəki çıxışında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qeyd edib ki, yeni, müasir üslubda tikilmiş səhiyyə ocağının istifadyə verilməsində Milli Məclisin deputatı Məşhur Məmmədovun övladı, Heydər Əliyev Fondunun gənc təmsilçisi Məntiq Məmmədovun əməyi çoxdur.-Əl tutmaq Əlidən qalıb. Tarix qurub-yaradanları əbədi yaşadır. Məşhur müəllimə minnətdaram ki, belə xeyirxah övlad böyüdüb. Tibb işçiləri buradakı əhalinin sağlamlığını bundan sonra da qoruyub saxlamalıdır. Yeni həkim məntəqəsində, ağxalatlılara yeni-yeni uğurlar diləyirəm. İnsanlar sizdən razı qalsın, xəstələr az olsun...-deyə icra başçısı bildirib.

Ş.Məmmədov əsas vacib söhbətini pandemiya üzərində saxlayaraq, Yeddioymaq ərazisində vətəndaşların vaksinasiya prosesinin məqbul sayıldığını bildirərək, qalan 400 nəfərə yaxın ərazi vətəndaşlarının vaksinləşməsini ərazi vahidi üzrə nümayəndə, bələdiyyə sədri və digər məsul şəxslərdən tələb edib, vaksin olunmayan kənd sakinlərinin tezliklə vaksin olunmalarını xahiş etmişdir.-Bu çox vacib məsələdir. Peyvənd olunmayan şəxslər daha tez xəstələnir, peyvənd olunanın ölüm riski azalır…-deyə rayon rəhbəri bir daha qeyd edib.

Milli Məclisin deputatı Məşhur Məmmədov həmkəndlilərinə müraciət edərək, onların və öz adından kənd sakinlərinin sağlamlığının qorunmasına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Deputat əmin olduğunu bildirib ki, ağxalatlılar bundan sonra da nümunəvi çalışacaq, vətəndaşlara olan tibbi xidmətinin keyfiyyətini yüksəldəcəklər. Xüsusən indiki ağır pandemiya şəraitində...
Daha sonra kənd ziyalısı Ramiz Kazımov, Yeddioymaq kənd həkim məntəqəsinin müdiri Güloğlan Alışanov və başqaları çıxış edərək sakinləri əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Çıxış edənlər ölkəmizin bütün regionlarında olduğu kimi, Masallı rayonunda da sosial sahədə, o cümlədən əhalinin sağlamlığının qorunması, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıblar.

Rayon rəhbəri və tədbir iştirakçıları həkim məntəqəsinin yeni binasında yaradılan şəraitlə yaxından tanış olublar.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər