Xəbərlər

  • 479

Vətən müharibəsi qurbanlarının və şəhidlərin xatirəsi anılıb - Stokholmda

image

Stokholmda Vətən müharibəsi qurbanlarının və şəhidlərin xatirəsi anılıb. SİA xəbər verir ki, Ermənistanın Azərbaycanın dinc şəhər və kəndlərinə qarşı hərbi əməliyyatları zamanı həyatını itirən və 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini anmaq üçün İsveçdəki Azərbaycan diasporu ölkəmizin İsveç Krallığındakı səfirliyinin qarşısına toplaşıb.

Tədbirdə çıxış edən diaspor fəallarının sözlərinə görə, işğal olunan torpaqlarımızın azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində Ordumuz Azərbaycana qarşı tarixi ədalətsizliyə son qoyub.

Diqqətə çatdırılıb ki, 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızı qanı və canı bahasına işğaldan azad edən şəhidlərimizi xalqımız hər zaman dərin hörmətlə anacaq.

Qeyd edək ki, aksiya iştirakçıları müharibədə həlak olanların xatirəsinə güllər düzüblər. Həmçinin diaspor fəallarımız yerli ictimaiyyət nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Digər xəbərlər