PDF Oxu

Xəbərlər

  • 4 099

Zərdabda şəhid Ağaqardaş Abbasovun ildönümü qeyd olunub FOTOLAR

image

Azərbaycanın hərb tarixinə Vətən müharibəsi döyüşləri kimi yazılan qələbəmizdən 1 il ötür. Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan şəhid baş leytenant Ağaqardaş Abbasovun birinci ildönümüdür. Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə və millət vəkili Jalə Əliyeva, millət vəkili Razi Nurullayev, YAP Zərdab rayon təşkilatının bir qrup fəal üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin rəisi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və bir qrup Vətən müharibəsi iştirakçıları şəhid Ağaqardaş Abbasovun ildönümü ilə əlaqədar şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə gül dəstələri düzərək, ruhuna dualar oxunub.

Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin əmri ilə silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və qəhrəmanlarımızın qanının yerdə qalmadığını bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək şəkildə təşkil olunması qeyd olunub. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan Cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində şəhidlərimizin qanı, qazilərimizin canı bahasına 30 illik həsrətə son qoyulmuşdur.

Tədbirdə iştirak millət vəkili Jalə Əliyeva Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və qələbə ilə nəticələnən Vətən müharibəsində qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən söz açaraq, şəhidlərimizin qəhrəmanlıqlarını əks etdirən fikirlərini bildirib. Ölkə Prezidenti Cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində torpaqlarımız mənfur düşmən işğalından azad edildi. Ölkəmizin ərazi bütövlüyü təmin edildi. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi baş leytenant Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28-də, Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olmuşdur.Abbasov Ağaqardaş İlhamoğlu 28 sentyabr 2020-ci il tarixində, Füzuli rayonunun Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Onu da bildirək ki, Ağaqardaş doğum günündə şəhid olmuşdur. Bu gün onun cənnətdəki ilk doğum günüdür.Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən, şəhid baş leytenant, Abbasov Ağaqardaş İlham oğlu ölümündən sonra, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.Şəhidin ailəsi Möhtərəm Prezident Cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər.

Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər