Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının “S.Yesenin küçəsi 277” (Dendrologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Dendrologiya İnstitutunun baş direktoru Minarə Həsənova, YAP Xəzər rayon təşkilatının məsləhətçiləri Siyasət Həsənov, Nəzrin Bayramova diqqətə çatdırıblar ki, yarandığı gündən sözlə əməl birliyi partiyanın nüfuzunu gündən-günə artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı ilə Azərbaycanın 44 gün ərzində ərazi bütövlüyünü, 23 saatdan az davam edən antiterror tədbirləri ilə suverenliyini tam bərpa edib. Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq-bərpa işləri dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyur.
Sonda partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.
Qeyd edək ki, YAP Xəzər rayon təşkilatında A.Abdullayev adına Mədəniyyət Mərkəzinin müdiri İradə Məlikovanın 70 illik yubileyi qeyd olunub. YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov yubilyarı doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.