1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin təsis edilməsi ilə bağlı qəbul edilmiş qərarlar və bu istiqamətdə həyata keçirilən bir çox tədbirlər hazırki ordumuzun formalaşmasında təməl oldu. 1920-ci il 28 aprel Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsiylə ölkəmizdə ordu quruculuğu prosesi dayandı.
1969-cu ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra milli ordu quruculuğunda əsaslı dönüş baş verdi. Ulu öndərin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi,onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
1971-ci ildə Ulu Öndər Heydər Əliyev böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. 1991- ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Cəmşid Naxçıvanski adına hərbi məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.
Müstəqilliyimizin ilk illərində ölkəmizdə vəziyyət olduqca ağır idi. Bir tərəfdən ermənistanın ölkəmizə qarşı ərazi iddiası, bir tərəfdən daxili düşmənlərin hakimiyyət uğrunda davası ölkənin müstəqilliyini məhvə doğru aparırdı.Hakimiyyəti silah gücünə ələ kecirən AXC-Müsavat cütlüyünün yarıtmaz, bacarıqsız, səriştəsiz fəaliyyəti ölkəni elə bir günə gətirib çıxarmışdır ki, ölkəmiz dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz üzə qalmışdı.Hakimiyyətdə olanlar düşmənə nizami ordu yaratmağa çalışmaqdansa, hər bir məmur öz ətrafında silahlı dəstə gəzdirirdi. Ölkənin bu qarışıq, ağır vəziyyətindən istifadə edən düşmən də torpaqlarımızı bir bir işgal edirdi.
1993- cü ilin 9 iyun tarixində ulu öndərimiz Heydər Əliyev xalqın səsinə səs verərək Bakıya gəldi.Həmən ilin 15 iyunuda Ali Sovetin sədri seçildi,24 iyunda isə Prezident səlahiyyətlərinin icra etməyə başladı.Bu tarixdən sonra ölkəmizdə bütün sahələrdə böyük dönüş yarandı və bu günkü qüclü, qüdrətli orduya malik olan Azərbaycanın təməli qoyuldu.Ulu öndər Heydər Əliyev Milli Ordumuzun peşəkar zabit kadrları ilə təmin olunması üçün hərbi təhsilin inkişafına xüsusi diqqət ayırırdı.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
“Ordu bizim doğma ordumuzdur. Ordu xalqımızın tərkib hissəsidir. Ordu ölkəmizin, millətimizin, dövlətimizin dayağıdır” “Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır! “ deyən Ümummilli liderimizin müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi fikirlər bu gün xalqımızı, ordumuzu şanlı qələbələrə doğru apardı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin ordu quruculuğu sahəsində yürütdüyü siyasəti də uğurla davam etdirir. Məhz bunun nəticəsidir ki,bu gün Azərbaycan Ordusu müasir hərbi texnika ilə təchiz edilib, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordu yaradılıb.
Milli ordumuzun keçdiyi döyüş yolunun zirvəsi sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə - Qarabağ Zəfəridir.
27 sentyabr 2020 ildə başlamış və 44 gün davam edərək tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsi Azərbaycan Ordusunun nəyə qadir olduğunu düşmənə, eləcə də onun havadarlarına nümayiş etdirdi.
Bu gün Azərbaycan Ordusu nəinki regionun, dünyanın ən güclü ordularından birinə çevrilib. Əminliklə deyə bilərik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə bu güclü ordu hələ çox tarixi Zəfərlər əldə edəcək.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı