Xəbərlər

  • 1 968

Deputat Şəhidin doğum günündə ailəsini ziyarət edib - FOTOLAR

image

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev tərəfindən Ağdaş rayon Tofiqi kəndinin İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Maqsudov Bəxtiyar Mansur oğlunun doğum günü anılıb. SİA xəbər verir ki, Şəhidin ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu dərin hüznlə yad edilib.

İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.

Yaşasaydı Bəxtiyarın 25 yaşı tamam olacaqdı. Şəhid Maqsudov Bəxtiyar Mansur oğlu 17 oktyabr1996-cı il tarixində Ağdaş rayonunun Tofiqi kəndində anadan olmuşdur.

İkinci Qarabağ – Vətən Müharibəsi başlananda RPQ atıcısı kimi döyüşlərə qatılmış Bəxtiyar düşmənin xeyli sayda canlı qüvvəsini, döyüş mövqelərini məhv edib.

Tərtər-Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə 23 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. 24 oktyabr 2020-ci il tarixində şəhid Maqsudov Bəxtiyar Mansur oğlu öz doğma kəndində torpağa tapşırılmışdır.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Bəxtiyar ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

Digər xəbərlər