Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılıb. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2021-ci ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin ödənilməsinə 142 milyon 150 min manatdan artıq vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 4,9 faiz çoxdur.