Xəbərlər

  • 2 240

Rafiq Əzizov rüşvətə görə həbs edildi

image

Azərbaycan Standartlaşdırma İnstitutunun vəzifəli şəxsi Rafiq Əzizovun barəsində cinayət işi başlanıb. SİA-nın məlumatına görə, R.Əzizov rüşvət almaqda ittiham edilərək həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

R.Əzizov barəsində başlanan cinayət işinin istintaqı tamamlanıb və iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Siyavuş Hacıyevin icratına verilib.

Digər xəbərlər