Dekabrın 12-19-da Rumıniyanın Buzau şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp U-13 IV" təlim-məşq toplanışı və turnir keçiriləcək. Azərbaycan Stolüstü Tennis Federasiyasından SİA-ya bildiriblər ki, bu gün yığmanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi millinin üzvü Adil Əhmədzadə turnirdə iştirak etmək üçün Buzauya yola düşüb.
Qeyd edək ki, A.Əhmədzadə bu layihənin əvvəlki mərhələlərində uğurla iştirak edib.