Dekabrın 12-də ölkəmizin İsveçrədəki səfirliyində ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub. SİA xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər. İsveçrədə koronavirus pandemiyası ilə bağlı həyata keçirilən yeni məhdudlaşdırıcı tədbirləri və qapalı məkanda toplanan insanların sayına dair yeni sərt tələbləri nəzərə alaraq tədbir səfirliyin binasında epidemioloji tələblərə uyğun formada keçirilib.
Anım tədbirində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi mürəkkəb və şərəf dolu həyat yolundan və dövlətimizin müstəqilliyinin əbədiləşdirilməsi istiqamətində səylərini əsirgəməməsi barədə ətraflı danışılıb.
Tədbirdə ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.