Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Mehdiyeva İlhamə Ağasəlim qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.