Xəbərlər

  • 2 077

Qala qəsəbəsində ağacəkmə aksiyası keçirilib

image

Xəzər rayonunda “Azərbaycan son 18 ildə” adlı silsiləvi tədbirlər çərçivəsində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və Xəzər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Qala qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir.

23 dekabr 2021-ci il tarixində baş tutan aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət Vəkili Rauf Əliyev və ictimaiyyət nümayəndələri iştirak etmişdir. “Azərbaycan son 18 ildə” adlı silsiləvi tədbirlər çərçivəsində təşkil edilən aksiyada 500 ədəd müxlətif növ ağac əkilmiş, yabanı otların təmizlənməsi və əkilmiş ağacların suvarılması və aqrotexniki qulluq işləri aparılmışdır.

Digər xəbərlər