Bakının Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus qəzaya uğrayıb.
SİA-nın əldə etdiyi məlumata görə, BNA-dan verilən xəbərdə, hadisənin “Ətçilər bazarı” adlanan ərazidə baş verdiyi bildirilir.
99 JZ 710 dövlət qeydiyyat nömrəli avtobus svetofordan keçən zaman qırmızı işıqdan keçən “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb.
Minik avtomobilin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.