Xəbərlər

  • 2 209

SƏS Media Qrupunun rəhbərliyi və əməkdaşları Fəxri Xiyabanda olublar - "SƏS" QƏZETİ - 31-FOTOLAR

image

Bu gün “SƏS” qəzetinin təsis edilməsinin 31 illiyi münasibətilə qəzetin rəhbərliyi başda olmaqla kollektivin üzvləri Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Fəxri Xiyabanı ziyarət edən qəzetin kollektivi daha sonra “Əkinçi” qəzetinin təsisçisi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyublar, xatirəsini ehtiramla anıblar.

“SƏS” qəzetinin təsis edilməsinin 31 illiyi ilə bağlı tədbir sonra qəzetin redaksiyasında davam etdirilib. “SƏS” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Bəhruz Quliyev çıxış edərək deyib ki, “SƏS” qəzeti fəaliyyətinin 31 illik dövründə keşməkeşli bir yol keçib: “Keçilən bu yol həm də kifayət qədər şərəfli bir yoldur ki, onun təməlində müstəqil mətbuatımızın əqidə məktəbi dayanır. Yəni “SƏS” qəzeti yalnız üzərinə düşən tarixi missiyaları yerinə yetirən mətbu orqanı deyil, həm də bir mətbuat məktəbidir. Məhz Azərbaycanın müstəqilliyi ilə yaşıd olan bu qəzet bütün fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrilməyi bacarıb və daim Azərbaycan dövlətçiliyinin, ulu öndər Heydər Əliyev ideyalarının yaşadılmasına, inkişafına, tərəqqisinə çalışıb. Əlbəttə ki, belə bir şərəfli, qətiyyətli yolu keçmək heç də hər bir mətbuata nəsib olmur. Biz fəxr edirik ki, həmin yolu keçmək, qət etmək bizlərə nəsib olub”.

Sonda qəzetin rəhbərliyi başda olmaqla kollektivin üzvləri süfrə arxasında əyləşərək nahar ediblər və bayram tortunu kəsiblər.

Digər xəbərlər