Xəbərlər

  • 1 535

Levandovski "Bavariya"dan ayrıla bilər

image

"Bavariya"nın hücumçusu Robert Levandovski klubu tərk edə bilər.

SİA xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Bildirilib ki, Münhen təmsilçisi polşalı futbolçu ilə yeni müqavilə bağlı razılığa gəlməsə, yayda onu satmağı planlaşdıracaq.

33 yaşlı oyunçunun "Bavariya" ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edə ki, Levandovski bu mövsüm Bundesliqada 19 matçda 23 qol vurub və 1 qolun ötürməsini verib.