Xəbərlər

  • 1 332

Koronavirusa rekord sayda yoluxma SUTKA ƏRZİNDƏ QEYDƏ ALINIB

image

Hindistanda koronavirusa yoluxanların sayında rekord artım olub və ölkədə sutka ərzində 317,5 mindən çox yoluxma halı aşkar edilib. SİA xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hindistanda son 24 saat ərzində koronavirus və əlaqəli xəstəliklər nəticəsində 491 ölüm qeydə alınıb, ölənlərin ümumi sayı 487,6 min nəfərə çatıb. Hazırda aktiv xəstələrin sayı 1,92 milyon, sağalanlar isə 35,8 milyonu keçib, son 24 saat ərzində 223,9 min nəfər sağalıb. Eyni zamanda, səlahiyyətlilər qeyd edirlər ki, pozitivlik nisbəti (müsbət test nəticəsi olan insanların faizi) həftədə orta hesabla 16,06%-ə yüksəlib.

Hindistanlı həkimlərin fikrincə, ölkədə koronavirusa yoluxma hallarının sayında eksponensial artım müşahidə olunur ki, bu da çox güman ki, Omikron ştammı ilə bağlıdır. Eyni zamanda, nümunələrin genomunun ardıcıllaşdırılmasında gecikmələr nəzərə alınmaqla, Omicron ştammının yayılma dərəcəsi ilə bağlı dəqiq məlumatlar aydın deyil. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, laboratoriyalar Hindistanda bu ştammın 9,2 min daşıyıcısı olduğunu bildiriblər.

Həkimlər onu da qeyd edirlər ki, koronavirusun üçüncü dalğası başlamazdan əvvəl halların 60%-dən çoxunu təşkil edən Delta ştammı da ölkədə aktiv olaraq qalır.

Xatırladaq ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada ikinci yerdədir. Səhiyyə Nazirliyinin son məlumatına görə, pandemiyanın başladığı ötən ilin mart ayından indiyədək ölkədə virusa yoluxanların ümumi sayı 38,2 milyonu ötüb, 35,8 milyondan çoxu sağalıb, 487 mindən çoxu dünyasını dəyişib.

Digər xəbərlər