Xəbərlər

  • 1 025

"Omikron" ştammının artması qapanmalara səbəb olacaq? - MÜNASİBƏT BİLDİRİLDİ

image

“İlk növbədə onu qeyd edim ki, covid-19 pandemiyası başlayandan bəri Azərbaycanda vəziyyət hər zaman nəzarətdə saxlanılıb. Bu gün də vəziyyət stabildir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə, son günlər "Omikron" ştammına yoluxanların sayında artım müşahidə olunur: “Bu da qış fəsli olması və qrip virusu ilə eyni əlamətlərə sahib olması da insanlarda çaşqınlıq yaradır. Bəzən insanlar qrip virusuna yoxsa, "omikron" ştammına yoluxduqlarını anlaya bilmirlər. Yəni bunu ancaq testlər verərək anlamaq mümkündür. Lakin fikir verdikdə görmək olur ki, bu ştamma yoluxmada karantin müddəti də 7 günə endirildi. Artıq bu bizə onu deməyə əsas verir ki, əgər karantin müddəti 7 günə endirilibsə, demək ki, yaxın günlərdə də qapanmalara gedilməyəcək. Vəziyyətin bu cür qənaətbəxş olması isə vaksin olunan insanların sayının olduqca çox olmasıdır. Bu gün bizdə kifayət qədər kollektiv immunitet deyilən anlayış yaranıb. Hər iki 2 dozanı vurduran insanların sayı kifayət qədərdir. Hətta 3-cü buster dozanı da vurduranların sayında artım var.

Bugün müxtəlif ştammlar yaranır, digərini əvəz edir. Bu zaman isə bizi yeganə qoruya bilən vaksinasiyadan keçməkdir. Güman edirəm ki, nə qədər çox insan vaksin vurdursa, bir o qədər qapanmalara getmə ehtimalı azalacaq. Əksinə biraz daha yumşalmalara gedilə bilər. Ancaq insanlar bundan arxayınlaşmamalıdırlar. Bir daha tətbiq edilən qaydalara riayət etməlidirlər. Vaksinləşmə faizi artırılmalıdır. Biz baxsaq görərik ki, qonşu və digər ölkələrdə vəziyyət o qədər də ürəkaçan deyil. Vəziyyət orada daha kəskindir. Ancaq bütün bunlara baxmayaraq bir daha qeyd edirəm ki, respublikamızda bugün bununla əlaqədar olaraq vəziyyət stabildir. Ancaq bütün bunlar hamısı yenə də vətəndaşlarımızın məhsuliyyətindən asılıdır”.

Digər xəbərlər