Qəbələnin Vəndam qəsəbəsində, bazar ərazisində güclü yanğın başlayıb. SİA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın 11 mağazanı bürüyüb.
Hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər görülür.