Gələn ay Şuşada Azərbaycan banklarının rəhbər şəxslərinin iştirakı ilə görüş keçiriləcək. SİA-nın məlumatına görə, görüş Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə baş tutacaq.
Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılan layihələr barədə təqdimatlar ediləcək, bankların bu layihələrin maliyyələşdirilməsində iştirak imkanları müzakirə olunacaq.