PDF Oxu

Xəbərlər

  • 1 650

Bakıda mənzildə 82 yaşlı qadın meyiti tapılıb

Bakıda mənzildə 82 yaşlı qadın meyiti tapılıb

Bakıda mənzildə 82 yaşlı qadın meyiti tapılıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Mahmudova Qızbikə Mahmud qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər