“1915-ci ildə olduğu kimi bu gün də qardaşlığımız bitməmişdir!”. SİA xəbər verir ki, bunu Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları qurumunun (YTB) rəhbəri Abdullah Eren “Twitter”də paylaşıb.
Onun sözlərinə görə, Qarabağ Zəfərində şəhid olan igid azərbaycanlıların övladları bu gün YTB-nin dəstəyi ilə Çanaqqalada olublar: “Onlar Prezidentimizlə görüşdülər, Qarabağdan gətirdikləri su ilə şəhidlərimizin mübarək məzarlarını suvardılar”.