Salyan rayonunda əsən güclü külək bir sıra fəsadlara yol açıb. SİA xəbər verir ki, bir çox yerlərdə güclü külək ağaclarl aşırıb. Həmçinin rayonun bəzi ərazilərində elektirik enerjisi kəsilib.
Hazırda rayon ərazisində güclü külək davam edir.
Qeyd edək ki, Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, ölkə üzrə ən güclü külək Salyanda qeydə alınıb, maksimal sürəti 33 m/s-ə çatıb.