PDF Oxu

Xəbərlər

  • 2 924

Oğuzda şəhid Rasim Mustafayevin məzarı ziyarət edilib FOTOLAR

image

Bu gün Vətən müharibəsində şəhid olmuş Oğuz rayonunun Xaçmaz kənd sakini Mustafayev Rasim Ərzuman oğlunun 32-ci doğum günü münasibətilə, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və təşkilatın əməkdaşları Şəhidin uyuduğu Xaçmaz kənd Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhid Mustafayev Rasimin məzarı üstünə qərənfillər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Rasim Mustafayev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə oktyabrın 1-də Şəhid olub. Şəhadətindən sonra, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", və "Hərbi xidmətlərinə görə" medalları ilə təltif olunub. Oğuz rayonunun Xaçmaz kəndində küçələrdən birinə Şəhid Rasim Mustafayevin adı verilərək xatirəsi əbədiləşdirilib.

Allah bütün Şəhidlərimizə rəhmət eyləsin!

Zümrüd BAYRAMOVA

Digər xəbərlər