PDF Oxu

Xəbərlər

  • 3 483

Gecə klubunda baş vermiş yanğından - FOTOREPORTAJ

Gecə klubunda baş vermiş yanğından - FOTOREPORTAJ

Bu gecə saat 03:00 radələrində Bakı şəhəri Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verib.
SİA xəbər verir ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb.

Hazırda cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq tədbirləri davam etdirilir.

Baş vermiş partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabildir.

Xəsarət alan digər şəxslər ambulator yardım alaraq buraxılıblar.

Son məlumata görə, xəsarət alan şəxslərdən Nərimanov Tibb Mərkəzində müalicə alan 2 nəfər Mərkəzin həkimləri tərəfindən müayinə olunub, ilkin tibbi müdaxilədən sonra onlar evə buraxılıb.

Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır.

İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir.

Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.

Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

SİA hadisə yerindən fotoları sizə təqdim edir.

Banuçiçək Hüseynli

Digər xəbərlər