Bakıda üç avtomobil yanıb.
SİA APA-ya istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunda “Volkswagen” markalı iki minik avtomobilinin yanar hissələri və “Infiniti” markalı digər minik avtomoblinin salonu, mühərrik hissəsi və 2 ədəd təkəri yanıb.
Minik avtomobillərinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.