PDF Oxu

Xəbərlər

  • 2 402

"Qarabağ" Azərbaycan Kubokunda yeni rekorda imza atıb

"Qarabağ" Azərbaycan Kubokunda yeni rekorda imza atıb

"Qarabağ" klubu Azərbaycan Kubokunda yeni rekorda imza atıb. SİA peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdiyi yarımfinal mərhələsinin ilk oyununda nail olub.

Bu görüşədək keçirdiyi 68 səfər qarşılaşmasında 98 dəfə fərqlənən "köhlən atlar" qol sayını 101-ə çatdırıb. "Qarabağ"ın 101-ci qoluna penaltidən Kadi Borqes imza atıb. Ağdamlılar bu qolla turnirin tarixində rekordçu olub. Komanda səfərdəki qol sayında 100 dəfə fərqlənən “Neftçi”ni keçib. "Köhlən atlar"ın orta məhsuldarlığı 1,46-dır.

"Qarabağ"ın Azərbaycan Kubokundakı 100-cü qolunu isə İbrahima Vadji vurub. Seneqallı hücumçu 88-ci dəqiqədə komandasını hesabda önə keçirib.

Digər xəbərlər