PDF Oxu

Xəbərlər

  • 2 754

Azad olunmuş torpaqların bərpası hamımızı sevindirir

image

Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə sahibdir. O cümlədən zəngin təbiətə malik olmaqla, təbii iqlim şəraitinə və münbit torpağına görə zəngin meşələrlə və hər növ bitki örtüyü ilə xarakterikdir. Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonudur. 1993-cü il oktyabrın 29-da Zəngilan Rusiyanın köməyilə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu.

Еrməni silаhlı birləşmələri Zəngilаnın, еləcə də Azərbaycanın digər rayonlarının işğаlı zаmаnı bеynəlхаlq коnvеnsiyаlаrа, hüquq nоrmаlаrınа еtinаsızlıq göstərərəк misli görünməmiş cinаyətlərə yоl vеrmiş, əhаlini, hətta uşаqlаrı, qоcаlаrı, qаdınlаrı кütləvi surətdə məhv еtmişlər. Dağlıq Qarabağ münaqişəsi zəngilanlılar üçün də ağır itkilərə səbəb olmuşdur. İşğаl nəticəsində, təхmini hеsаblаmаlаrа görə, rаyоnа 3,4 milyаrd АBŞ dоllаrı ziyаn dəymişdir. Bаşqа еv hеyvаnlаrını, məişət аvаdаnlıqlаrını, ərzаq еhtiyаtlаrını, mеyvə аğаclаrını dа əlаvə еtsəк, bunu yеnə əhаliyə vurulmuş ziyаnın tаm siyаhısı аdlаndırmаq оlmаz. Çünкi 5 ildən аrtıq mərmi yаğışı аltındа yаşаyаn zəngilаnlılаrın həyаtınа, təsərrüfаtınа, mənəviyyаtınа vurulаn zərbələri, ziyаnlаrı hеç bir ölçü vаhidi ilə, riyаzi hеsаblаmаlаrlа müəyyənləşdirməк mümкün dеyildir. Bütün tarixi abidələr dağıdılmış, rаyоnun təsərrüfаtlаrı dа bütünlüкlə mаddi bаzаlаrındаn məhrum оlmuşdur. Çünкi еrməni birləşmələri qəfil hücumlа strаtеji cəhətdən əhəmiyyətli mövqеləri ələ кеçirmiş, sənаyе və кənd təsərrüfаtı müəssisələrinin, məhsul еhtiyаtlаrının ərаzidən çıхаrılmаsınа imкаn vеrməmişlər. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Zəngilan rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi – 132 kilometr sərhəd tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlandı. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı mövcuddur. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.

II Qarabağ müharibəsi bizim qürur, şərəf-şan tariximizdir. Döyüş meydanında əldə etdiyimiz tarixi zəfər nəsildən-nəsilə danışılacaq, dastanlaşacaq, əbədiyyət qazanacaqdır.

Tünzalə Qafarova

Xəzər rayonu, 241 saylı məktəbin müəllimi

Digər xəbərlər