Xəbərlər

  • 428

Yatmazdan əvvəl bu qidalar önəmlidir - DİQQƏT!

image

"Bir çox hallarda qida rejimi düzgün olmadıqda axşam yuxusu ya pozulur, ya da sağlam şəkildə yuxu yata bilmirik". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, xüsusilə yatmazdan əvvəl yediyimiz yeməkləri düzgün seçmədikdə normal yuxu yata bilmirik: "Yaxşı olar ki, tərkibində triptofan zəngin olan qidaları istehlak edilsin. Çünki triptofan yuxunun gəlməsi üçün ifraz olunan hormondur. Normal qaydada ifraz olunarsa, sağlam yuxu rejimimizə çox faydalı olur. Ümumiyyətlə süd və süd məhsullarının tərkibində triptofan çoxdur. Əsasən yatmazdan öncə karbohidratlarla zəngin olan qidaları qəbul etmək olmaz. Bu qidalara un və un məmulatları, paxlılar, makaron, yağlı pendir aiddir. Ümumiyyətlə yatmazdan 2 saat əvvəl yemək bitməlidir. Bu da daha yaxşı və vaxtında həzm olunmasına kömək edir. Yeməyi yeyib dərhal yatdıqda yuxu rejimi pozulur. Bundan əlavə qızardılmış, fast food qidaları axşam qəbul etmək orqanizm üçün zərərlidir. Eyni zamanda həmçinin həddindən artıq ədviyyatlı, acılı yeməkləri yuxudan əvvəl qəbul etmək düzgün deyil. Gün ərzində su miqdarını yetərli qədər təmin edib yuxudan öncə bir stəkan suyun içilməsi faydalı hesab olunur".

Arzu Qurbanlı

Digər xəbərlər