Xəbərlər

  • 3 189

Erasmus+ layihəsi çərçivəsində İsveç Krallığında keçirilən seminarlar uğurla yekunlaşıb FOTO

image

Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində İsveç Krallığında keçirilən seminarlar uğurla yekunlaşıb.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, layihə konsorsiumunun üzvü olan 16 Azərbaycan universitetindən 3 rektor və digər rəhbər şəxslər iştirak ediblər.

İsveçin Kral Texnologiya Universitetin baş tutan seminarların əsas məqsədi Rektorlar Konfransının Avropa modellərinin öyrənilməsi, Avropa Ali təhsil məkanına inteqrasiyanın gücləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda duran qlobal çağırışlar və meyllərin öyrənilməsi olmuşdur. Seminarlarda Avropa Universitetlər Birliyinin, İsvec, Finlandiya, Polşa, Litva Rektorlar konfranslarının məsul şəxsləri yanaşı, bir sıra nüfuzlu İsveç Universitetlərinin rektorları və digər aparıcı nümayəndələri təqdimatlarla çıxış edərək təcrübələrini bölüşüblər.

Daha sonra qeyd edilən təşkilatlarla əməkdaşlıqların yeni istiqamətləri və digər mühüm istiqamətlərdə iştirakçılar arasında məhsuldar müzakirələr həyata keçirilib. Eyni zamanda seminarlar müddətində layihənin koordinatoru Gülşən Bayramovanın moderatorluğu ilə xarici partnyorlarla birlikdə ECAR layihəsinin gələcək fəaliyyət planı, qarşıda duran mühüm vəzifələr barəsində xüsusi görüşlər keçirilib.

Digər xəbərlər