PDF Oxu

Xəbərlər

  • 2 803

Atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb

Atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb

Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb.

SİA xəbər verir ki, 10 m tüfəng atıcılığı üzrə kişilər arasında yarışda serbiyalı Lazar Kovaçeviç 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi önləyərək qızıl medal qazanıb. Yarışın gümüş medalçısı Miran Mariçiç, bürünc medalçısı qazaxıstanlı İslam Usseynov olub.

10 m tüfəng atıcılığı üzrə qadınların finalında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə qalib gəlib. Rumıniyalı İli Laura-Georgeta bürünc medal sahibi olub.

Qeyd edək ki, qadın və kişilər arasında 10 m tapança atıcılığı üzrə finallar bu gün keçiriləcək.

Digər xəbərlər