PDF Oxu

Xəbərlər

  • 4 123

“Ayntraxt” “Verder”i səfərdə üstələdi

“Ayntraxt” “Verder”i səfərdə üstələdi

Almaniya Bundesliqasında 4-cü tura yekun vurulub.SİA Matc.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.“Köln” - “Ştutqart” matçında qapılara qol vurulmayıb. Yeddi qolun qeydə alındığı “Verder” - “Ayntraxt” matçında isə qonaqlar çətin qələbəyə seviniblər.4 turdan sonra “Bayern” və “Union Berlin” 10 xalla turnir cədvəlinə rəhbərlik edirlər. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Frayburq”, həmçinin “Hoffenhaym” və Dortmund “Borussiya”sının 9 xalı var. Mönhenqladbax “Borussiya”sı isə 8 xalal 6-cıdır.

Almaniya Bundesliqası
4-cü tur
26 avqust
Frayburq – Bohum 1:0
Qol: Qrifo, 48.
27 avqust
Herta – Borussiya (Dortmund) 0:1
Qol: Modeste, 32.
Hoffenhaym – Auqsburq 1:0
Qol: Qeyger, 39.
Maynts – Bayer 0:3
Qol: Palasios, 29. Frimponq, 39; 41.
Leypsiq – Volfsburq 2:0
Qol: Nkunku, 5-pen; 90.
Şalke – Union Berlin 1:6
Qol: Bulter, 31-pen – Torsbi, 6. Bekker, 36; 46. Haberer, 45+3. Miçel, 87; 90.
Bayern – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Sane, 83 – Turam, 43.
28 avqust
Köln – Ştutqart 0:0
Verder – Ayntraxt 3:4
Qol: Yunq, 14. Bittenkur, 17. Fullkruq, 90+2 – Götse, 2. Muani, 32. Lindstrom, 39. Sou, 48.

sia.az

Digər xəbərlər