05 sentyabr 2022- ci il tarixdə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Tərtər rayonu Əskipara kəndindən olan Şəhid Əzizov Ayşad Qaryağdı oğlunun doğum günüdür. Bu münasibətlə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev , Tərtər rayon icra hakimiyyəti başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Statistika İdarəsi Ərazi Partiya Təşkilatının sədri Ədalət Məmmədov, Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov, şəhidin ailə üzvləri, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Nümayəndələr daha sonra şəhidin ailəsini ziyarət ediblər, şəhidin keçdiyi şərəfli döyüş yolundan danışılıb və onların problemləri və qayğıları ilə maraqlanıblar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ayşad Əzizov Qaryağdı oğlu ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.