PDF Oxu

Xəbərlər

  • 4 498

Müstəqil siyasət yürüdən Azərbaycan yeni uğurlara imza atır - ŞƏRH

Müstəqil siyasət yürüdən Azərbaycan yeni uğurlara imza atır - ŞƏRH

Azərbaycan Respublikası özünün ən şərəfli,məsuliyyətli və tarixi dövrünü yaşayır.Bu dəyişən dünyada superdövlətlər əhatəsində olan gənc Azərbaycan dövləti müstəqil, suveren yaşamanın formulasını araşdırır,axtarır. Belə bir mürəkkəb zamanda yeni ictimai-siyasi baxış və islahatların keçirilməsi zərurəti yaranır.Proses davamlı,dayanıqlı və Azərbaycanın maraqlarına uyğun olmalıdır.

Ölkə başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə,onun parlaq gələcəyinə hesablanmışdır.Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri,həm Prezident,həm də Ali Baş Komanda kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş,hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir.O,ümummilli lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir.Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir,dünya miqyasında söz sahibi olan dövlətə çevrilir.

Otuz il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində Zəfər çalaraq, erməni işğalından azad olundu,ərazi bütövlüyümüz bərpa edildi.Bir məsələni də unutmaq olmaz ki, keçən dövr elə də asan olmayıb. Azərbaycanı hər zaman daxildən parçalamaq,onu inkişafdan geri salmaq, ən əsası isə Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi çətinliklərə və təhlükələrə baxmayaraq,Prezident İlham Əliyev bütün bu problemləri həll etməyi bacardı.Bu isə böyük siyasi məharət,iradə,qətiyyət tələb edirdi. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi.İldən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük.Bunu həm də dünya görür.Baxmayaraq ki,Azərbaycan kiçik bir ölkədir,lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir.

Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və budünya dövlətləri tərəfindən də qəbul edilir.Prezident İlham Əliyev həmişə qeyd edir ki,bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları,onların maraqları dayanır.Biz dövlətimizin başçısının fəaliyyətində bunun əyani təsdiqini görürük.

Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi,siyasi,mədəni,sosial,hərbi,idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir.

Cavid Mustafayev,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini

Digər xəbərlər