Xəbərlər

  • 3 569

“UNEC Ekspert” jurnalı təqdim edir: “Böyük qayıdışın iqtisadiyyatı”

image

“UNEC Ekspert” jurnalının “Böyük Qayıdışın iqtisadiyyatı”na həsr olunmuş növbəti sayı oxuculara təqdim edilib.

Jurnalda UNEC-in 18 alim-eksperti tərəfindən Böyük Qayıdışın uğurunun təmin edilməsi, postkonflikt ərazilərə qayıdışın dünya təcrübəsi, Qarabağda ənənəvi mədəniyyət və sənətkarlıq sahələri üzrə biznesin inkişafı, həmin ərazilərdə sənayenin və aqrar sektorun inkişaf perspektivləri geniş təhlil edilib. Həmçinin məcburi köçkünlərin peşə bacarıqlarının artırılması və məşğulluqlarının təmin edilməsi mexanizmləri, ali təhsil klasterinin formalaşdırılması ilə bağlı ekspert şərhləri oxucuların diqqətinə çatdırılıb.

Oxucular jurnalda Qarabağda yaşıl iqtisadiyyatın perspektivləri, turizmin inkişafı, ağıllı infrastruktur, halal qida məhsulları sektorunun inkişafı, sahibkarlığın stimullaşdırılması, eləcə də Zəngəzur koridoru və Qarabağın iqtisadi dirçəlişindəki rolu ilə bağlı ekspert araşdırmaları ilə də tanış olacaqlar.

Digər xəbərlər