Xəbərlər

  • 4 175

Şəhidlərin xatirəsi Mingəçevirdə ehtiramla anılıb

image

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı, 5 saylı ərazi partiya təşkilatı və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunan “Xatirələrdə əbədiləşən qəhrəman şəhidlərimiz” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda şəhid ailələri, qazilər, MDU-nun İctimai Nəzarət Şurasının nümayəndələri, universitetin əməkdaşları, tələbələri iştirak ediblər.
Əvvəlcə Mingəçevir Şəhidlər xiyabanı ziyarət edilib və qəhrəman şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Universitetin şəhid məzunları haqqında videoçarx nümayiş olunub.
Konfransı açıb giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-sinin ölkədə Anım Günü kimi qeyd edildiyini bildirib. Bu gün müstəqil, ərazi bütövlüyü təmin olunmuş ölkədə yaşadığımıza görə canını Vətən yolunda qurban verən övladlara borclu olduğumuzu vurğulayan rektor Allahdan şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.
Rektor 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi sayəsində rəşadətli Silahlı Qüvvələrimizin, cəsur əsgər və zabitlərinin misilsiz şücaət göstərdiklərini və qəhrəmanlıq salnaməsi yazdıqlarını deyib. O qeyd edib ki, tarixi Zəfərin qazanılması ilə ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olunub və tarixi ədalət bərpa edilib.
Şəhidlərimizin adlarının əbədiləşdirilməsi və onların qəhrəmanlıqlarının təbliğ edilməsi baxımından konfransın önəmindən danışan rektor Vətən müharibəsində igidlik göstərmiş MDU-nun bir qrup əməkdaş, tələbə və məzunlarını konfrans iştirakçılarına təqdim edib. Şəhid ailəsi üzvlərinin də konfransa qatıldığını xüsusi vurğulayan Ş.Bayramov Vətənə, dövlətə və xalqa layiqli övladlar yetişdirdikləri üçün onlara dərin ehtiramını bildirib.
44 günlük Vətən müharibəsinin müasir və müstəqil Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildirən YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev məhz şəhidlərimizin canı və qanı bahasına 30 illik yurd həsrətinə son qoyulduğunu diqqətə çatdırıb.

yap.org.az

Digər xəbərlər