Xəbərlər

  • 3 108

Lerikdə şəhid Elgün Mövlanovun anım mərasimi keçirilib - FOTOLAR

image

Sentyabrın 30-da 44 günlük Vətən Müharibəsində şəhid olmuş Mövlanov Elgün Tahir oğlunun Lerik rayonunda anım mərasimi keçirilib. Anım mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov,YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak etmişlər.

Mərasim iştirakçıları ilk öncə şəhid Mövlanov Elgün və Altay qardaşlarının adına inşa olunan bulaq kompleksini ziyarət etmiş, daha sonra məzarları önünə gül-çiçək dəstələri düzərək, əziz xatirələrini ehtiramla yad ediblər.

Qeyd edək ki, Mövlanov Elgün Tahir oğlu 2002-ci il aprelin 2-də Lerik şəhərində anadan olub. Orta təhsilini Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb. 2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsinin fəal iştirakçısı olan Elgün Mövlanov Talış kəndi uğrunda gedən şiddətli döyüşlərdə 29 sentyabrda qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər